Milyarder ailə övladlarının 5 gün, 5 gecə davam edən 100 milyonluq TOYUNDAN — FOTOLAR

Hindistanda iki milyarder ailə qohum olub.

“Ölkə.Az” xəbər verir ki, toy 5 gün, 5 gecə davam edib və mərasimə 100 milyon dollar xərclənib. Gənclərin xoş günündə Hillari Klinton, Beyons kimi məşhurlar da iştirak edib.

Milyarder Mukeş Ambaninin 27 yaşlı qızı İşa Ambani ilə Hindistanın digər milyarderinin 33 yaşlı oğlu Anand Piramalın toyu göz qamaşıdırb. 5 gün, 5 gecə davam edən toyda 5 min yoxsula yemək paylanılıb. Ambani ailəsinin 18 illik dostu Hillari Klinton da bəy və gəlini təbrik edənlərdən olub. Bundan başqa bir çox Bollivud ulduzu da toyda iştirak edib. Toy mərasimi Udaipurdakı Şəhər Sarayında başlayıb ölkənin finans mərkəzi Mumbayda başa çatıb.




  DİGƏR XƏBƏRLƏR