Moskva-İrkutsk təyyarəsində bomba həyəcanı, sonra…

Moskvadan İrkutska uçan “Aeroflot”a məxsus təyyarədə bomba olması barədə naməlum şəxs tərəfindən anonim zəng daxil olub.

Trend-in məlumatına görə, bu barədə Rusiyanın hüquq-mühafizə orqanları xəbər yayıb.

Məlumata görə, anonim zəng, təyyarə artıq İrkutska yaxınlaşan zaman daxil olub. Təyyarə elə həmin şəhərdə eniş etdikdən sonra sərnişinlər dərhal təxliyə edilib. Avialaynerdə 119 sərnişin və 6 ekipaj üzvünün olduğu bildirilir.

Təyyarədə partlayıcı qurğu tapılmayıb.

Hazırda anonim zəng edən şəxsin kimliyi müəyyənləşdirilir.

  DİGƏR XƏBƏRLƏR