Nefçalada zəncirvari qəza oldu, 1 nəfər öldü

Neftçala rayonunun Qaravəlli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Trend-ə verilən məlumata görə, dekabrın 4-də saat 18 radələrində Neftçala rayonunun Qaravəlli kəndi ərazisində şəhər sakini Vasif Qurbanov idarə etdiyi “VAZ-21214” markalı avtomobili qarşıda gedən Bankə qəsəbə sakini Bəğəli Şirinovun idarə etdiyi “T-28” markalı traktora, sonra isə Xıllı qəsəbə sakini Şahmar Ələkbərovun idarə etdiyi “Mitsubishi” markalı avtomobilə vurub.

Nəticədə V.Qurbanov hadisə yerində ölüb.

Neftçala RPŞ tərəfindən araşdırma aparılır.

  DİGƏR XƏBƏRLƏR