Oğru qadın özünü tutdurdu – Video

Amerikalı qadın Hannah Sabatanın çox qəribə həbs hekayəsi var. Öncə maşın, ardınca isə bankdan 6 min dollar oğurlayıb. Amma gənc qadın YouTube-yə yüklədiyi video ilə polisi dolayanda dərhal yaxasını ələ verib.

Halbuki o, oğurluqdan dərhal sonra gizləndiyi üçün polislər onu tapa bilmirdi. Maraqlıdır ki, gənc qadın videoda danışmır. Amma kağıza yazdığı “Mən bir maşın oğurladım və bank soydum. Tam 6256 dollarım var. Bu, mənim həyatımın ən yaxşı günüdür. İndi çılğıncasına alış-veriş edəcəm” cümləsi ilə soyğunu etiraf edib.

Videonun yayımlanmasından qısa müddət sonra polis gənc qızı yaxalayıb. Sözügedən videolar isə dəlil olaraq onun əleyhinə istifadə olunub.Musavat.com

  DİGƏR XƏBƏRLƏR