Oksford alimlərindən qaranlıq materiya və enerji ilə bağlı — YENİ KƏŞF

Oksford universitetinin alimləri yeni kosmoloji modeli təqdim ediblər.

“Ölkə.Az” xəbər verir ki, bu model müasir fizikanın qaranlıq materiya və qaranlıq enerji ilə bağlı ən böyük suallarından birinə cavab ola bilər. Alimlərin hesabatı “Astronomy və Astrophysics” jurnalında dərc edilib.

Hesabatın müəllifi Ceymi Frans yazıb:

“Qaranlıq enerji və qaranlıq materiya Kainatın 95 faizini təşkil edir. Bununla yanaşı, bu iki fenomenin fiziki təbiəti sirr olaraq qalır”.

Alim bildirir ki, bu iki fenomen bir substansiyada-ətrafdakı bütün materialı özündən itələyən “mənfi qravitasiyaya” sahib mayedə birləşə bilər.

Kainatın müasir modeli “Lyambada-CDM” adlanır və qaranlıq materiya və qaranlıq eenrjinin xüsusiyyətlərini izah etmir. Onların hər ikisinin mövcudluğu qravitsiya effektinə görə məlumdur. Qaranlıq materiya və qaranlıq enerji müşahidə edilməyən materiyaya qravitasiya effekti ilə təsir edir.

  DİGƏR XƏBƏRLƏR