Orta məktəbi qızıl medalla bitirən məzunlar qəbul imtahanlarından azad olunacaqlar – ÖZƏL

Orta məktəbi qızıl medalla bitirən məzunlar ali məktəblərə qəbul imtahanlarından azad olunacaqlar.

Modern.az-ın əldə etdiyi məlumata görə, bu barədə Milli Məclisdə hazırlanan yeni “Ümumi təhsil haqqında” qanun layihəsində qeyd edilib.

Belə ki, qanun layihəsinin 13-cü maddəsində (Ümumi təhsilin təşkili) qeyd edilib ki, orta təhsilini qızıl medal ilə başa vuran məzunlar imtahandan azad olunaraq, yalnız müvafiq ixtisas üzrə bir imtahan verməklə ali məktəblərə qəbul olunacaqlar.

  DİGƏR XƏBƏRLƏR