Piyada və sürücülər TƏHLÜKƏDƏ – Bakıda bu yolda işıqfor işləmir (VİDEO)

Bakıda hərəkətin intensiv olduğu yolda işıqfor işləmir.

Unikal.org xəbər verir ki, dünəndən etibarən Bakı şəhəri, Binəqədi rayonu Cəfər Xəndan küçəsində olan işıqforun işləməməsi hərəkət iştirakçıları üçün təhlükə yaradıb. Belə ki, işıqforun işıqları yanmadığından sürücülər yolu istədiyi kimi keçir, piyada keçidi olduğu halda onlara yol verilmir. Bu da pik saatlarda yolda tıxacın yaranmasına səbəb olur. Hətta yol kəsişməsindən baş yola hərəkət edən avtomobillər qəza təhlükəsi ilə üzləşirlər.

Xatırladaq ki, aidiyyatı qurumlar problemin aradan qaldırılması istiqamətində hələlik heç bir tədbir görməyib.

  DİGƏR XƏBƏRLƏR