Prezident İlham Əliyev Şair Alxasovu ordenlə təltif edib

İtaliya polisi avropalı həmkarları ilə birgə “Ndrangeta” mafiyasına qarşı genişmiqyaslı əməliyyat keçirib.

Trend-in məlumatına görə, həbslər İtaliya ilə yanaşı eyni anda Almaniya, Böyük Britaniya, Belçika, eləcə də Cənubi Amerikada həyata keçirilib.

Əməliyatlar nəticəsində “Ndrangeta”nın müxtəlif səviyyələrinə mənsub 90 nəfər saxlanılıb.

Həbs edilənlər barəsində narkotik vasitələrin saxlanması, daşınması, çirkli pulların yuyulması, şantaj və digər ittihamlar irəli sürülüb.

Xatırladaq ki, ötən gün İtaliyanın Siciliya vilayətində keçirilmiş əməliyyat nəticəsində “Koza Nostra”nın “xaç atası” Settimo Mineo həbs olunmuşdu.

  DİGƏR XƏBƏRLƏR