Qəbələdə orta məktəb binası yanıb

Qəbələdə orta məktəb binası yanıb.

FHN-dən Trend-ə verilən məlumata görə, rayonun Vəndam qəsəbəsində ümumi sahəsi 245 kv.m olan birmərtəbəli orta məktəb binasının (hazırda fəaliyyət göstərmir) dam örtüyünün yanar konstruksiyaları 70 kv.m sahədə yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  DİGƏR XƏBƏRLƏR