Qadın internetdə tanış olub evləndiyi ərindən liftdə qisas aldı — VİDEO

Avstraliyada əri ilə mübahisə edən qadın qəribə üsula əl atıb.

“Ölkə.Az” xəbər verir ki, mübahisədən sonra qadın “Gör başıva nə oyun açacam” deyərək mənzili tərk edib. Bir müddət sonra isə qapını döyən polis kişini həbs edib. Qadının əri kamera görüntülərini tələb edib və arvadının liftdə özünü yumruqladığını görüb.

Faysal Xan adlı kişi arvadını məhkəməyə verməyə və ölkədən deportasiya etməyə hazırlaşır.

Hadisə Sidney şəhərində baş verib. Faysal Xan adlı şəxs internetdə mərakeşli Əsma adlı qadınla tanış olub. Bir müddət sonra cütlük evlənib. Amma Faysal bundan sonra həyatının ən böyük səhvini etdiyini anlayıb. 8 ay evli olan cütlük demək olar ki, hər gün dalaşıblar. Faysal arvadının ondan Avstraliyada vətəndaşlığa düşmək üçün istifadə etdiyindən şübhələnib.

Polisin saxladığı Faysal 20 min dollar xərcləyərək kamera görüntülərini araşdırıb və həqiqəti üzə çıxarıb. Qadın liftə minir və özünü yumruqlayır. Sonra isə qaçaraq liftdən çıxır. Polisə gedən qadın əri tərəfindən döyüldüyünü deyir və Faysal həbs edilir.

  DİGƏR XƏBƏRLƏR