Qanunsuz dopinq satan idman mərkəzlərinə qarşı ciddi tədbirlər görüləcək

Qanunsuz dopinq satan idman mərkəzlərinə qarşı 2019-cu ildən ciddi tədbirlər görüləcək.

“Qafqaz Xəbər” qəzeti Trend-ə istinadən  məlumatına görə, bunu Azərbaycan Milli Antidopinq Agentliyinin direktoru Şəfəq Hüseynli ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Ş.Hüseynli bildirib ki, bu qanunsuz əməllər artıq televiziyalara yol tapıb, sosial şəbəkələrdə təbliğ olunur: “Nəzərə almaq lazımdır ki, bu qanunsuz əməllər gənclərimizin sağlamlığı üçün ciddi fəsadlar törədə bilər. Bu baxımdan gələn ildən biz bu cür qanunsuzluqlara yol verən idman zallarına qarşı hüquq-mühafizə orqanları ilə birgə ciddi tədbirlər görəcəyik”.

  DİGƏR XƏBƏRLƏR