Qapıçı öz qapısına kuryoz qol vurdu – VİDEO

İtaliyanın B seriyasının son turunda “Askoli” və “Palermo”  klubları arasında keçən matçda “Askoli”nin qapıçısı Filippo Perrukini mövsümün ən kuryoz avtoqollarından birini vurub.

Oxu.Az xəbər verir ki, müdafiəçi topu qapıçıya ötürdükdən sonra Perrukini topu uzaqlaşdırmaq əvəzinə, pressinq edən “Palermo”lu oyunçunu aldatmağa çalışıb.

Ancaq vəziyyət nəzarətdən çıxıb. Yöndəmsiz hərəkəti ilə topu öz qapısına göndərib. Matçda “Palermo” 3:0 hesabı ilə qələbə qazanıb.

  DİGƏR XƏBƏRLƏR