Rusiyalı nazir: Prezident İlham Əliyevin zəngin siyasi təcrübəsi müasir dünya məsələlərini effektiv həll etməyə imkan verir

Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: “Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Sizin zəngin siyasi təcrübəniz müasir dünya məsələlərini effektiv həll etməyə, habelə Rusiya ilə Azərbaycan arasında tarixi dostluğu dəstəkləməyə imkan verir.

Ölkələrimiz arasında bərqərar olmuş mehriban qonşuluq münasibətlərinə Sizin şəxsi töhfənizi xüsusi qeyd etmək istəyirəm. Şübhəsiz ki, bu münasibətlər bundan sonra da Azərbaycan və Rusiya xalqlarının rifahına xidmət edəcək.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı və məramlarınızı həyata keçirməkdə uğurlar diləyirəm”.Trend

  DİGƏR XƏBƏRLƏR