SOCAR-dan Azərbaycanda Avro-5 standartlı benzin istehsalına başlanması barədə AÇIQLAMA

Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda Avro-5 standartlı benzinin istehsalı 2021-c ilin əvvəlindən mümkün olacaq.

Bunu Trend-ə SOCAR-ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İbrahim Əhmədov deyib.

O bildirib ki, dizel kompleksinin müasirləşdirilməsi üzrə işlərin 2020-ci ilin sonunadək başa çatması planlaşdırılır.

İ.Əhmədovun sözlərinə görə, həmin işlər daxili bazarı Avro-5 standartlı yanacaqla təmin etməyə imkan verəcək:

“Buraya ilk növbədə dizel yanacağı aiddir. Müasirləşmə həmçinin Avro-5 standartına uyğun 92-95-98 oktanlı benzin istehsal etməyə imkan verəcək”.

O əlavə edib ki, istehsal olunan məhsul tam şəkildə daxili bazarda tələbatı təmin edəcək, qalan həcmlər isə ixrac olunacaq.

  DİGƏR XƏBƏRLƏR