Vergilər Nazirliyində görüş keçirilib

Dekabrın 6-da vergilər naziri Mikayıl Cabbarov İsrailin İnnovasiyalar Qurumunun Beynəlxalq əməkdaşlıq şöbəsinin Asiya-Sakit Okean regionu əməliyyatları üzrə baş direktoru Avi Luvtonla görüşüb.

Bu barədə “Report”a Vergilər Nazirliyindən məlumat verilib.

Görüşdə Vergilər Nazirliyi ilə İsrailin İnnovasiya Qurumu arasındakı potensial əməkdaşlıq məsələləri müzakirə edilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

  DİGƏR XƏBƏRLƏR