Xalq artisti Gülxar Həsənovanın 100 illiyi qeyd ediləcək

2018-ci il dekabr ayının 10-da Azərbaycanın görkəmli opera müğənnisi, Xalq artisti, Gülxar İbrahim qızı Həsənovanın anadan olmasının 100 illiyi tamam olur.

Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, saat 12.00-da İkinci Fəxri Xiyabanda onun məzarı ziyarət ediləcək, saat 19.00-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında sənətkarın 100 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək.

Gülxar Həsənova uzun illər ərzində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində unudulmaz obrazlar yaradaraq tamaşaçı rəğbəti qazanıb. Muğam, təsnif və xalq mahnılarının mahir ifaçısı olan sənətkarın gənc ifaçıların hazırlanmasında özünəməxsus xidmətləri var.

Azərbaycan Respublikası Prezidentinin “Gülxar Həsənovanın 100 illik yubileyinin qeyd edilməsi haqqında” müvafiq Sərəncamının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən Tədbirlər planı hazırlanaraq təsdiq edilib.

  DİGƏR XƏBƏRLƏR