Yeni Kaledoniyada zəlzələdən sonra sunami təhlükəsi elan olunub (YENİLƏNİB)

Yeni Kaledoniya sahillərində baş verən zəlzələdən sonra sunami təhlükəsi elan olunub.

Trend-in məlumatıan görə, təhlükəni Sakit okean Sunami Xəbərdarlıq Mərkəzi elan edib. Qeyd olunur ki, sunami Yeni Kaledoniyaya aid olan Luayote adası yaxınlığında baş verə bilər.

08:47

Fransanın Yeni Kaledoniya ərazisində 7,6 bal gücündə zəlzələ olub.

Trend-in ABŞ-ın Geoloji Xidmətinə istinadən verdiyi məlumata əsasən, hadisə UTC vaxtı ilə 04:18-də baş verib. Zəlzələnin episentri Tadin şəhərində 153 kilometr cənub-şərqdə yerləşib. Zəlzələ ocağının dərinliyi 10 kilometr olub.

Sunami, zərərçəkənlər, ölənlər, dağıntılar barədə hələlik məlumat verilmir.

Yeni Kaledoniya – Sakit okeanın cənub-qərb hissəsində adalar qrupu. Melaneziyada Fransanın mülkü, dənizaşırı ərazisi, Sakit okeanda yerləşən Yeni Kaledoniya adası, Luayote və Çesterfild adaları, Pen adası və s. kiçik adalardan ibarətdir.

  DİGƏR XƏBƏRLƏR