Ağdaşda yolu keçən piyadanı avtomobil vurub öldürdü

Ağdaş rayonunun Ləki qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Trend-ə verilən məlumata görə, yanvarın 8-də saat 17 radələrində Ağdaş rayonunun Ləki qəsəbəsi ərazisində Abad kənd sakini Rza Qasımov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən qəsəbə sakini Mənsur Hacıyevi vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Ağdaş RPŞ tərəfindən araşdırma aparılır.

  DİGƏR XƏBƏRLƏR