Amerikalı üç saat boyunca qapı zəngini… yalayıb

Amerikanın Kaliforniya ştatında bir kişi üç saat fasiləsiz olaraq bir evin qapı zəngini… yalayıb. Fox News bu olaya diqqət edib.

İnsident Salinas şəhərində, şənbə günü baş verib. 33 yaşlı Roberto Arroyo üç saat boyunca – gecə saat 2-dən 5-ə qədər birbaşa kameraya baxaraq, qapı zəngini yalayıb. Evin sahibi Silviya Dangen həmin vaxt evdə olmayıb. Amma uşaqları evdə olub və çağırılmamış qonağın bu hərəkətini kamera vasitəsilə müşahidə ediblər. Qadın qonşuları xəbərdar etmək üçün sözügedən videoyazını sosial şəbəkə vasitəsilə paylaşıb.

Polis isə bu kişini müəyyənləşdirəndən sonra həbs edib.

Arroyonu avaralıqda və şəhərin yeni il bəzək əşyalarını oğurlamaqda ittiham ediblər. Polis nümayəndələri isə kişinin hərəkətini “yetərincə tərbiyəsiz” adlandırıb.Musavat.com

  DİGƏR XƏBƏRLƏR