Azərbaycan martda Polşaya ixrac missiyası təşkil edəcək

Azərbaycan bu il martın 6-10-da Polşanın paytaxtı Varşavaya ixrac missiyasını təşkil edəcək.

“Report”un məlumatına görə, artıq İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) missiyada iştirak üçün sənəd qəbulu elan edib.

Qida məhsullarının, spirtli içkilərin, tekstil və kosmetik məhsulların istehsalı ilə məşğul olan sahibkarlar Fonda müraciət edə bilərlər.

İxracatçılar müsabiqə əsasında seçiləcək. Müsabiqənin təşkilatçısı AZPROMO-dur.

  DİGƏR XƏBƏRLƏR