Azərbaycan neftinin qiyməti 63 dolları ötüb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin 1 barelinin qiyməti 0,86 dollar və yaxud 1,38% artıb.

“Report” xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 63,35 dollar təşkil edib.

Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

  DİGƏR XƏBƏRLƏR