Bakıda 23 yaşlı qız yoxa çıxdı

Bakıda gənc qızın itkin düşməsi ilə bağlı polisə müraciət daxil olub.

XəzərXəbər xəbər verir ki, Xətai rayon Polis İdarəsinə müraciət edən 1970-ci il təvəllüdlü Zöhrə Həsənova qızının itkin düşməsi ilə bağlı məlumat verib.

O bildirib ki, 1996-cı il təvəllüdlü qızı Leyla (ad şərtidir) yanvarın 7-də saat 21 radələrində evi tərk edib və bir daha geri qayıtmayıb. Qadın qızının xarakterik əlamətlərini və fotosunu polisə təqdim edi.

Axtarış tədbirləri həyata keçirilir.

  DİGƏR XƏBƏRLƏR