Bakıda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib

Bakının Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, binanın 6-cı mərtəbəsində ümumi sahəsi 85 kv.m olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları və əşyaları 16 kv.m sahədə, eyvanında quraşdırılmış məişət avadanlığı və qaz sayğacı yanıb, dəhlizinin divar üzlüyü 6 kv.m sahədə qarsalanıb.

Yanğın zamanı 20 nəfər yanğınsöndürənlər tərəfindən təxliyə edilib, xəsarət alan olmayıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​

  DİGƏR XƏBƏRLƏR