Bu qadının nadir xəstəliyi var – kişilərin səsini eşidə bilmir

Çin sakini olan qadın nadir görülən bir xəstəliyə görə kişiləri eşitmək qabiliyyətini itirib. Bu barədə “Daily Mail” nəşri xəbər verib. Yanvarın əvvəlində Çen soyadlı çinli qadının qulağında küy yaranıb, eyni zamanda qızın ürəyi daim bulanırdı. Qız düşünüb ki, növbəti gün bu hal keçəcək və yatıb. Amma bu, baş verməyib. Bundan əlavə, səhər Çen sevgilisinin nə dediyini eşitməyib. Qız xəstəxanaya gedib və orda təəccüblə müşahidə edib ki, ancaq qadın səslərini aşkarlaya bilir.

Otalarinqoloq Syaotsin müəyyən edib ki, Çen aşağı tezlikli səsləri eşidə bilmir. Həkim eyni zamanda bildirib ki, xəstəliyin inkişafını stress artıra bilər. Pasiyent etiraf edib ki, son vaxtlar gec saatlara qədər işləyib və yata bilməyib. Syaotsin qıza müalicə yazıb və gözlənilir ki, Çenin eşitmə qabiliyyəti tezliklə geri qayıdacaq.

Müvafiq anomaliya olduqca nadir hallarda baş verir. 13 min pasiyentdən birində bu cür eşitmə qabiliyyəti özünü göstərir. Onu diaqnoz etmək asan deyil. Çünki pasient özü problemdən xəbərsiz ola bilər. Məsələn, soyuducunun uğultusunu eşitməyə və bunu normal saya bilər.Musavat.com

  DİGƏR XƏBƏRLƏR