Çaylarda suyun səviyyəsi artıb

Çaylarda suyun səviyyəsi dəyişib.

Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-150, Kiçik Qafqazın çaylarında 40-90, Lənkəran-Astara bölgəsi çaylarında isə 90-130 faizini təşkil edib.

Tranzit çaylarda son vəziyyətə gəlincə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 sm artım müşahidə olunub. Məntəqədə su sərfi 125 kub.m/s olmaqla ongünlük normanın 78 faizini təşkil edib. 2018-ci ildə isə bu rəqəm 177 kub.m/s olmaqla ongünlük normanın 111 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Məntəqədə su sərfi 57,0 kub.m/s olmaqla, ongünlük normanın 85 faizini təşkil edib. 2018-ci ildə isə bu göstərici 71 kub.m/s təşkil edərək ongünlük normanın 106 faizinə bərabər olub.

Kür çayının aşağı axınında son vəziyyətə gəlincə, Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra və Salyan məntəqələrində 6, Şirvan və Araz çayının Novruzlu məntəqələrində 4, Bankədə isə suyun səviyyəsində 8 sm artım qeydə alınıb.

Surra məntəqəsində suyun səviyyəsi 434 sm (2018-ci il yanvarın 18-də 386 sm), Şirvanda 303 sm (2018-ci il yanvarın 18-də 255 sm), Salyanda 278 (2018-ci il yanvarın 18-də 219 sm), Bankədə 253 sm (2018-ci il yanvarın 18-də 203 sm), Araz çayının Novruzlu məntəqəsində isə 153 sm (2018-ci il yanvarın 18-də 118 sm) təşkil edib.

  DİGƏR XƏBƏRLƏR