Dəniz sahilində meduza 22 nəfəri xəstəxanalıq etdi

Avstraliyanın şimal-şərq sahillərində zəhərli meduzanın sancması nəticəsində 22 nəfər xəsarət alıb.

Trend-in məlumatına görə, xəsarət alanlar Kvinslend ştatında xəstəxanalara yerləşdirilib.

Qeyd olunur ki, bu meduza hücumu nəticəsində xəsarət alanların ümumi sayı son on ildə qeydə alınan göstəricini iki dəfədən də çox üstələyir.

Yanıq xəsarəti alan şəxslərin həyatına təhlükə olmadığı deyilir.

  DİGƏR XƏBƏRLƏR