Fransada güclü yanğın: 19 nəfər, o cümlədən yanğınsöndürənlər xəsarət alıb

Fransanın Tuluza şəhərində yanğın baş verib.

Trend-in məlumatına görə, hadisə gecə saatlarında köhnə yaşayış binasında qeydə alınıb. Əraziyə 90 yanğınsöndürən cəlb olunub. Bina sakinləri təxliyə olunub.

Yanğın nəticəsində 19 nəfər, o cümlədən iki yanğınsöndürən xəsarət alıb. Onlardan ikisinin vəziyyəti ağırdır.

Hadisənin səbəbləri açıqlanmır.

Binanın XX əsrin əvvəllərində tikildiyi bildirilir.

  DİGƏR XƏBƏRLƏR