Hamilə olduğunu 9-cu ayda öyrəndi, 1 gün sonra ana oldu – Azərbaycanda

Azərbaycanda tibb sahəsində maraqlı hadisə baş verib.

“Qafqazinfo”nun xəbərinə görə, Gəncə şəhər sakini, 1977-ci il təvəllüdlü Rəsulova Afət Ziyad qızı 23 il sonra ilk dəfə ana olub. Belə ki, mədə ağrısı şikayəti ilə həkimə müraciət edən qadın 9 aylıq hamilə olduğunu öyrənib.

Bir gün sonra Gəncə Regional Perinatal Mərkəzdə həyata keçirilən qeysəriyyə əməliyyatı ilə qadının qız övladı dünyaya gəlib. Körpə 2 kq 900 qram çəkidə doğulub.

Hazırda xəstəxanada olan ana ilə körpənin səhhəti yaxşıdır.

Mərkəzdən məlumatı “Qafqazinfo”ya təsdiqləyiblər.

  DİGƏR XƏBƏRLƏR