İranda bir şəhər boşaldıldı – Daşqına görə

İranın cənubunda yerləşən Xuzistan vilayətinin Hüveyzə rayonunda Rəfi şəhəri sel və daşqınlar səbəbindən təxliyə edilib.

Trend-in məlumatına görə, bunu Hüveyzə rayonunun qubernatoru Qasim Musəvi deyib.

Musəvinin sözlərinə görə, hazırda kömək üçün bəzi insanlar qalıb. Hərbi qüvvələr və sənaye şirkətləri şəhərin təxliyə edilməsinə kömək ediblər.

Rəfi şəhəri sakinlərinin yerləşdirilməsi üçün Hüveyzə rayonunun eyniadlı şəhərinin məktəbləri, məscidləri nəzərdə tutulub.

Hazırda Rəfi şəhərinin əsas meydanları su altındadır. Avtomobillər çətinliklə hərəkət edir.

  DİGƏR XƏBƏRLƏR