İspaniya La Liqası: “Xetafe” doğma meydanda “Barselona” ilə bacara bilmədi

İspaniya La Liqasında 18-ci turunda “Xetafe” doğma meydanda “Barselona” komandasını qəbul edib.

Trend-in məlumatına görə, oyun 1:2 hesabı ilə başa çatıb.

Oyunda hesabı 20-ci dəqiqədə Messi açıb. 39-cu dəqiqədə isə Suares qonaqların üstünlüyünü iki topa çatdırıb. Lakin ev sahibi elə birinci taymda cavab qolunu vura bilib. 43-cü dəqiqədə Mata fərqlənə bilib.

Bu qələbə sayəsində “Barselona” 40 xalla turnir cədvəlinin vahid lideridir. “Xetafe” isə 25 xalla 7-ci pillədə qərarlaşıb.

  DİGƏR XƏBƏRLƏR