Konqo Demokratik Respublikasında seçkinin gözlənilməz nəticələri elan edilib – RƏSMİ

Milli Seçki Komissiyası prezident seçkilərinin nəticələrini elan edib.

Trend-in məlumatına görə, seçkidə müxalifətdən olan Feliks Çisekedi qalib gəlib.

Bu barədə məlumatı Seçki Komissiyası “Twitter” sosial şəbəkəsində paylaşıb.

Xatırladaq ki, prezident seçkiləri 23 dekabrda keçirilməli idi, lakin Seçki Komissiyası 30 dekabra keçirdi. Texniki səbəblərdən isə seçki qutularını və bülletenləri vaxtında gətirmək mümkün olmayıb.

  DİGƏR XƏBƏRLƏR