Məsciddə yanğın olub

Omskda məsciddə yanğın baş verib.

Trend-in məlumatına görə, vilayət fövqəladə xidməti yanğının səhər saatlarında başlaması barədə xəbər yayıb.

Yanğının miqyası böyük olduğu üçün hadisə yerinə 7 yanğınsöndürən maşın və 31 canlı qüvvə cəlb edilib.

İnsident nəticəsində xəsarət alanların olması barədə hələ məlumat yoxdur.

Məsciddə yanğının hansı səbəbdən baş verməsi məlum deyil.

  DİGƏR XƏBƏRLƏR