Məşhur müğənni İnstagram-da rüsvay oldu, söyüldü, üzr istədi

Populyar avstraliyalı müğənni İqqi Azaliya onu kökəlməkdə və izafi çəkidə suçlayanlara İnstagram-dakı profilində cavab verib.
28 yaşlı müğənni yeni fotolarını paylaşaraq yazıb: “Kökəlməmişəm, baxın… Əksinə, arıqlamağa başlamışam”.
Daha sonra o, “dindarlara sayğı ilə yanaşdığını” yazıb.
Müğənni həftənin ilk günündə İngiltərənin “Cradle of Filth” hevi-metal qrupunun loqotipi olan maykada şəkil çəkdirərək İnstagram-da paylaşmışdı.
Maykanın sinəsində cinsi əlaqədə olan rahibə rəsmi, “Lənətə gəlsin İsa!” yazısı və söyüş vardı. Bu fotoya görə İqqi Azaliya İnstagram-da sərt tənqid olunub. Onu aşağılayıblar, söyüblər.
Bəraət qazanmaq üçün Azaliya ertəsi gün önünə “Müqəddəs Ruh” yazılmış mayka geyinərək fotosunu çəkmiş, şəklini İnstagram profilində paylaşmışdı.Milli.Az

  DİGƏR XƏBƏRLƏR