Nazir: Beş il ərzində regionların inkişafına 24 milyard manatdan çox vəsait ayrılıb

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində 24,2 milyard manat vəsait sərf olunub.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Şahin Mustafayev yanvarın 29-da Bakıda keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfrans çərçivəsində sahibkarlarla aparılan müzakirələr zamanı deyib.

Nazir bildirib ki, proqram üzrə sahibkarlığın inkişafı üçün dövlət başçısı tərəfindən xeyli sayda sərəncamlar imzalanıb, onlara bir sıra güzəştlər tətbiq edilib:

“Əlavə olaraq 2,8 milyard manatın ayrılması da sosial-iqtisadi inkişaf prosesinin sürətləndirilməsində həlledici rol oynayıb”.

  DİGƏR XƏBƏRLƏR