Oğru ofis sahibinə mesaj yolladı: “Haqqını halal et…”

Türkiyənin Mardin şəhərinin Artuklu bölgəsində bir iş yerini qarət edən oğru 16 min manatlıq əşya ilə aradan çıxıb.

İş yeri sahibi olan Sərtaç Orman təhlükəsizlik xidməti əməkdaşlarına xəbər verdikdən sonra öz imkanları ilə oğrunun izinə düşüb. Oğrunun izini tapan Ormana oğru vasitəçilərlə mesaj yollayıb. Mesajda ‘Qardaş, haqqını halal et, həyat yoldaşım əşyaları çox bəyəndi, şikayətini geri çək. Zərərini ən qısa zamanda qarşılayacağıq” yazılıb.

Əldə edilən məlumata görə, ər-arvad olduqları öyrənilən iki nəfər iş mərkəzinə gələrək, üçüncü mərtəbəyə yönəliblər. Buradakı iş yerini soyan şəxslər təxminən 16 min manatlıq əşyalarla yoxa çıxıblar. Əşyalar sırasında çəngəl-bıçaq dəsti, salfetka, toplantı masası, ofis dərsi, televizor, elektrik soba olub.Musavat.com

  DİGƏR XƏBƏRLƏR