Pişik iki ildir yanan evin yanından aralanmır

Rusiyanın Çelyabinsk vilayətində Rıjik təxəllüslü pişik tapıblar.

Bu pişiyin özəlliyi iki il öncə sahibəsinin yanan evinin yanında keşik çəkməsidir. Heyvan 2017-ci ildə evlərində yanğın olan gündən küçədə qalıb. Yanğına qədər ailədə dörd nəfər yaşayıb: ana və 3 uşağı. Qadın və onun 17 yaşlı qızı diri-diri yanıb. Biri 4, digəri 5 yaşında olan digər iki uşaq isə həmin gecə uzaq qohumlarının evində qalıb.

“İndi isə onlar uşaq evində yaşayırlar. Ailənin yaxın qohumları yoxdur deyə pişiyə və uşaqlara da heç kim sahib çıxmır” – bunu polisdən deyiblər.

Ailənin pişiyi isə yay-qış demədən küçədə, evin yanında, çirkin içində yaşayır. Rıjik adlı pişik sahibəsinin evindən aralanmır, hətta onu uzağa aparsalar da, bir müddət sonra o evə qayıdır.musavat

  DİGƏR XƏBƏRLƏR