Qəbələdə yol qəzası olub, ölən var

Qəbələ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Mirzəbəyli kəndi ərazisində qeydə alınıb.

Belə ki, “Vaz 21012 “ markalı avtomobil idarəetməni itirərərk yoldan çıxıb və yol kənarındakı dirəyə çırpılıb. Qəza nəticəsində sürücü Əzəmməd Hidayətov ölüb.

Faktla bağlı araşdırma aparılır.

  DİGƏR XƏBƏRLƏR