Şəkidə avtomobili divara vuran sürücü xəstəxanada ölüb

Şəki şəhərinin ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Trend-ə verilən məlumata görə, yanvarın 21-də saat 7 radələrində Şəki şəhərinin ərazisində şəhər sakini Tərlan İsgəndərov idarə etdiyi “VAZ-21061” markalı avtomobili yolun kənarındakı divara vurub.

Nəticədə T.İsgəndərov və sərnişini xəstəxanaya yerləşdirilib, sürücü orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

  DİGƏR XƏBƏRLƏR