Səudiyyə Ərəbistanında 15 yaşınadək nikah qadağan ediləcək

Səudiyyə Ərəbistanının Məşvərət məclisi (Məclis əş-Şura) 15 yaşına çatmamaış yeniyetmələrin nikaha daxil olmalarının qadağan edilməsi tələbini irəli sürüb.

Trend-in məlumatına görə, yeni qərar həm qızlara, həm də oğlanlara şamil edilməlidir.

Qurum, həmçinin, 18 yaşına çatmış şəxslərin nikahının bağlanmasının xüsusi ixtisaslaşmış məhkəmələrə həvalə edilməsinə razılıq verib.

  DİGƏR XƏBƏRLƏR