Senat ABŞ-ın Azərbaycanda səfirini təsdiq edib

ABŞ Senatı Erl Litsenbergeri Azərbaycana səfir qismində təsdiq edib.

Trend-in məlumatına görə, bu barədə ABŞ Senatının “Twitter” səhifəsində deyilir.

Məlumatda qeyd olunur ki, Senat şifahi səsvermə ilə nazir-müşavir dərəcəsində ali diplomatik xidmətin karyera əməkdaşı Litsenbergeri Azərbaycanda səfir vəzifəsinə təsdiq edib.

Qeyd edək ki, E.Litsenberger müxtəlif vaxtlarda Marşall Fondunda baş elmi işçi, ABŞ-ın NATO Missiyasının rəis müavini, NATO-nun Əfqanıstandakı baş mülki nümayəndəsinin müavini, ABŞ-ın Serbiya və Qırğızıstandakı səfirliklərində işləyib.

  DİGƏR XƏBƏRLƏR