Sığorta şirkətinin rəhbərliyində DƏYİŞİKLİKLƏR oldu

Yavuz Ölken Azərbaycanın “AXA MBASK” sığorta şirkətinin Direktorlar Şurasının sədri təyin olunub.

Trend bu barədə şirkətə istinadən məlumat verir.

Bundan əvvəl, bu vəzifədə Eldar Qəribov işləyib. Y.Ölken Direktorlar Şurasının üzvü olub.

Bundan başqa, Frederik Brays və Giyom Lejon Direktorlar Şurasını tərk edib, Kristof Knaub şuraya üzv olub.

Beləliklə, sığorta şirkətinin Direktorlar Şurasının üzvlərinin sayı 5 nəfərdən 3 nəfərədək azalıb.

  DİGƏR XƏBƏRLƏR