“Viaqra” qəbul edən kişi kor olmaq təhlükəsi ilə üzləşib

Həkimlərin məsləhət gördüyündən 10 dəfə artıq miqdarda cinsi istəyi artıran preparat qəbul edən şəxs kor olmaq təhlükəsi ilə üzləşib.

e-tibb.az saytı “The Daily Mail”ə istinadən xəbər verir ki, adı açıqlanmayan 50 yaşlı kişi cinsi potensiyanı artıran, məşhur “Viaqra” ticarət markası adı altında istehsal olunan “Sildenafil” dərman vasitəsini qəbul edib. Lakin onun qəbul etdiyi preparatın miqdarı həkimin təyin etdiyindən 10 dəfə artıq olub.

Nəticədə, onda görmə ilə bağlı ciddi problemlər yaranıb.

Həkimə müraciət etmək məcburiyyətində qalan şəxsin müayinəsi zamanı, xüsusilə, işığa reaksiya vermə zamanı gözlərdə ciddi zəifləmə ortaya çıxıb. Həkimlər həm də torlu qişada pozulma aşkar ediblər.

Mütəxəssislərin ümumilikdə gəldiyi əsas nəticə bundan ibarətdir ki, “Viaqra”nın həddindən çox qəbulu insanı kor edə bilər.

“Viaqra”nın ən çox yayılmış əlavə təsirləri sırasında baş ağrıları, ürəkbulanma və başgicəllənməyə də rast gəlinir. Odur ki, həkim məsləhəti olmadan cinsi aktivliyi artıran preparatların qəbulu məsləhət görülmür.musavat

  DİGƏR XƏBƏRLƏR