XƏBƏRDARLIQ – Güclü külək əsəcək, yağış yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi növbəti iki gündə müşahidə olunacaq hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 3-ü axşam arabir yağış yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı ehtimalı var. Yanvarın 4-ü günün ikinci yarısından 5-i səhərədək cənub-qərb küləyinin arabir güclənəcəyi, yanvarın 5-də axşam isə arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir.

Azərbaycanın rayonlarında yanvarın 4-ü gündüz, 5-də qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclənəcəyi gözlənilir.

  DİGƏR XƏBƏRLƏR