“Yapı Kredi Bank Azərbaycan”ın xalis mənfəəti 2 dəfəyə yaxın azalıb

2018-ci ildə “Yapı Kredi Bank Azərbaycan” QSC-nin aktivləri 0,14% azalaraq bu il yanvarın 1-nə 426 681 min manat təşkil edib.

“Report” bu barədə bankın illik maliyyə hesabatına istinadən xəbər verir.

Bununla belə, ötən il Bankın kredit portfeli 19,2% artaraq ilin sonuna 174 041 min manata çatıb.

Bu ilin əvvəlinə “Yapı Kredi Bank Azərbaycan”ın cəmi öhdəlikləri 347 919 min manat olub ki, bu da illik müqayisədə 1,9% azdır. Bu müddətdə Bankın depozit portfeli də 2,8% azalaraq 320 760 min manata düşüb.

Hesabat tarixinə “Yapı Kredi Bank Azərbaycan”ın nizamnamə kapitalı 55 381 min manat, cəmi kapitalı isə 78 762min manat olub.

“Yapı Kredi Bank Azərbaycan” ötən il 5 388 min manat xalis mənfəət əldə edib ki, bu da 2017-ci illə müqayisədə 1,9dəfə azdır.

2018-ci ildə Bankın faiz gəlirləri 35 202 min manat, faiz xərcləri 4 893 min manat, qeyri-faiz gəliri 16 750 min manat, qeyri-faiz xərci 29 668 min manat təşkil edib.

  DİGƏR XƏBƏRLƏR