Zehni gücləndirən QİDALAR

Qida üzrə mütəxəssislərin elmi araşdırmalarında məlum olub ki, ət, səhər yeməyi, kartof və soğan zehni inkişafı dəstəkləyir.
Zehnin güclü və iti olması yediyimiz qidalardan asılıdır.
Publika.az həmin qidaları təqdim edir;
Kartof
Qanda şəkərin səviyyəsini balanslaşdırır, bu sayədə beyin daha səmərəli çalışır.
Səhər yeməyi
Hər gün səhər yeməyi edən şəxslərin başqalarına nisbətən daha uğurlu və məhsuldar olduqları deyilir. Pendir, süd, yağ, yumurtanın tərkibində olan faydalı elementlər orqanizmi gücləndirərək gərgin iş gününə hazır edir.
Yağsız qırmızı ət
Əsl dəmir anbarı, xüsusilə sağlam qırmızı qan hüceyrəsi üçün əvəzolunmazdır. Ət beyin inkişafını yaxşılaşdırır.
Qırmızı soğan
Qırmızı soğan yaddaşı inkişaf etdirən və unutqanlığın qarşısını alan quercetin adlı komponent baxımından zəngindir. Eyni zamanda fol turşusu mənbəyidir.

  DİGƏR XƏBƏRLƏR