Ən tanınmış sağlamlıq resepti – 100 xəstəliyə çarədir

Sarımsaq və limon qarışığı ən tanınmış xalq təbabəti reseptlərindən biridir.
Bu qarışığın bir çox faydalı xüsusiyyətləri var:
– damarları möhkəmləndirir, damarları daha elastik edir, damarların partlaması riskini azaldır
– xolesterinin səviyyəsini aşağı salır, ürək-damar sistemi xəstəliklərin riskini azaldır
– immun sistemini möhkəmləndirir
– orqanizmdə iltihabı azaldır
– orqanizmə virus və mikrob əleyhinə təsir edir
– dərinin və saçların vəziyyətini yaxşılaşdırır
– qurdqovucu təsir edir
– orqanizmin tonusunu qaldırır
– orqanizmi cavanlaşdırır.
AZXEBER.COM saglamolun.az-a istinadən limon və sarımsaq qarışığının reseptini təqdim edir:
– 2 baş sarımsaq
– 6 limon
Hazırlanması:
1. Sarımsağı təmizləyin və blenderdə əzin.
2. Limonları yaxşı yuyun, 4 hissəyə bölün, tumları çıxardın. Qabıqlı şəkildə blenderdən keçirin və sarımsağın üzərinə töküb yaxşı qarışdırın.
3. Qarışığı təmiz şüşə bankaya tökün, bankanı təmiz pambıq parça ilə bağlayın və 1 həftə ərzində sərin qaranlıq yerdə saxlayın. Kütləni hər gün qarışdırmaq lazımdır.
4. 1 həftədən sonra qarışığı qəbul etmək olar. Axşam yatmazdan qabaq qarışıqdan 1 çay qaşığı götürüb 1 stəkan ilıq təmiz suya əlavə edib için.
Bu qarışığı ildə 2 dəfə (yarım ildən bir) hazırlamaq və 2 həftə ərzində qəbul etmək lazımdır.

  DİGƏR XƏBƏRLƏR