Azərbaycanın Baş naziri və Gürcüstanın Prezidenti birgə işçi nahar ediblər

Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov və ölkəmizdə rəsmi səfərdə olan Gürcüstan Prezidenti xanım Salome Zurabişvili fevralın 27-də birgə işçi nahar ediblər.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, səmimi söhbət zamanı Azərbaycan ilə Gürcüstan arasında münasibətlərin, o cümlədən iqtisadi sahədə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

  DİGƏR XƏBƏRLƏR