Bakıda azyaşlını vuran sürücü saxlanılıb

Cari il yanvar ayının 31-də saat 18 radələrində Nərimanov rayonunun X.Şuşinski küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini olan azyaşlı vurulub. Uşağa xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Nərimanov RPİ 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasının “Mitsubishi” markalı avtomobillə törədilməsi müəyyən edilib. Hadisə yerindən yayınan həmin nəqliyyat vasitəsini idarə edən Bakı şəhər sakini E.Nağıyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

  DİGƏR XƏBƏRLƏR