Bakıda böyük peşə təhsili kompleksi tikiləcək -VİDEO

Bakıda böyük peşə təhsili kompleksi tikiləcək.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə millət vəkili İsa Həbibbəyli deyib.

Millət vəkili bildirib ki, peşə təhsili sahəsində Cənubi Koreya ilə birgə layihə hazırlanır. Bu layihə ilin sonuna kimi başa çatdırılacaq.

İsa Həbibbəyli qeyd edib ki, ölkədə “Peşə təhsili haqqında” qanunun tətbiqinə başlanılıb. Hazırda paytaxtda və bölgələrdə peşə təhsili sektoru da sürətlə genişləndirilir və inkişaf etdirilir. Bu sahədə böyük rəqabət mühiti də yaranıb.

İsa Həbibbəyli vurğulayıb ki, peşə təhsilinin həm praktiki, həm də digər cəhətlərdən dünya təcrübəsinə sahib olması üçün güclü maddi-texniki baza yaradılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

  DİGƏR XƏBƏRLƏR