Belarusda şagird müəlliməsini və məktəblini öldürüb

Belarusda Minsk vilayətinin Stolbtsı şəhərində orta məktəb şagirdi müəlliməsi və 3 məktəblini bıçaqlayıb. Müəllimə və şagirdlərdən biri aldığı yaradan ölüb.

“Report” “Kommersant” qəzetinə istinadən xəbər verir ki, bu barədə Belarus Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Yaralı 2 şagird xəstəxanaya yerləşdirilib.

Şübhəli şəxs – 2003-cü il təvəllüdlü yeniyetmə hadisə yerindən qaçıb. Vilayətin altı rayonunda “Sirena” planının elan edilməsindən sonra onu saxlayıblar.

Hazırda məktəbdə istintaq-əməliyyat qrupu işləyir.

  DİGƏR XƏBƏRLƏR